“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusundan qızıl medal

23:29 4 Fevral 2023

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirinin qalibi olub.

 

Sportarena.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici dueldə fransalı Sedrik Revolu məğlub edərək yarışın baş mükafatına sahib çıxıb.

 

İdmançımız buna qədər ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) da məğlub edib.

 

Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının yarışda ilk medalıdır.

 

Bu gün 66 kq-da yarışan Yaşar Nəcəfov 1/16 finalda An Cehonqa (Cənubi Koreya), 73 kq-da çıxış edən Nurlan Osmanov isə eyni mərhələdə Reduane Messaud Drisə (Əlcəzair) uduzub.

 

Azərbaycan “Böyük Dəbilqə”yə 9 cüdoçu ilə qatılıb. Yarışa fevralın 5-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti