Dadaşov Almaniyada dubl elədi, klubu qalib gəldi

20:23 - 4 Fevral 2023 - Xarici

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke” klubunun ikinci komandası da növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda “Rodinqhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda darmadağına sevinib – 4:1.

 

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Hücumçu 20 və 24-cü (penaltidən) dəqiqədə vurduğu qollarla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub.

 

“Şalke”nin ikinci komandası bu nəticədən sonra 33 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin