Afrika Millətlər Kuboku: Seneqal çempion oldu - VİDEO

10:19 - 5 Fevral 2023 - Xarici

Afrika Millətlər Kubokunun qalibi məlum olub.

 

Sportarena.az xəbər verir ki, həlledici oyunda turnirə ev sahibliyi edən Əlcəzair ilə Seneqal yığmaları üz-üzə gəlib.

 

Matçın əsas və əlavə vaxtı qolsuz bitib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Seneqal yığması qitə çempionu olub.

 

Bir gün öncə baş tutan 3-cü yer uğrunda oyunda Madaqaskar yığması Nigeri 1:0 hesabıyla məğlub etmişdi.

 

Afrika Millətlər Kuboku

Final

4 fevral

Əlcəzair – Seneqal 0:0 (penaltilər 4:5)

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin