Taleh Məmmədov Zaqrebdə qızıl medal qazandı

10:37 5 Fevral 2023

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır.

 

Sportarena.az xəbər verir ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.

 

Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.

 

Qadın güləşi

53 kq

Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) *5:5

1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4

 

Yunan-Roma güləşi

63 kq

1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1

1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4

Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2

 

67 kq

1/8 final: Həsrət Cəfərov – Luis Sançes (Kuba) 1:5


Xəbər xətti