Noyer icazəsiz müsahibəsinə görə cərimələnəcək

12:26 5 Fevral 2023

“Bavariya”nın sabiq müdafiəçisi Markus Babbel Manuel Noyerin qalmaqallı müsahibəsini şərh edib. 

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, o, müsahibəsində klub rəhbərliyinin Noyerin komandada olmamasından istifadə etdiyini bildirib:

“Məncə, Tapaloviçin işdən qovulma vaxtı uğursuz oldu. Daxili problemlər var idisə, niyə bunu mövsümün sonuna qədər təxirə salıb, ikinci hissəsinə diqqət yetirmədilər? Düşünürəm ki, Noyerin komandada olmamasından istifadə ediblər”.

 

Qeyd edək ki, Manuel Noyerin Münhen klubunun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulması ilə bağlı verdiyi müsahibə qalmaqala səbəb olub. Belə ki, o, “Bavariya” rəhbərliyinin Tapaloviçi qovmaq qərarını tənqid etmişdi. Qapıçı müsahibəsini klubla razılaşdırılmadan verdiyi üçün onu ən azı cərimə gözləyir.


Digər xəbərlər

Xəbər xətti