Bu gün Ronaldo və Neymarın ad günüdür

12:53 5 Fevral 2023

Bu gün "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo və PSJ-nin oyunçusu Neymarın ad günüdür.

 

Sportarena.az xəbər verir ki, Ronaldonun 38, Neymarın isə 31 yaşı tamam olur.

 

Ronaldo karyerası ərzində 5 dəfə “Qızıl top”u qazanıb. O, "Sportinq" "Mançester Yunayted", "Yuventus" və "Real"da oynayıb, ümumilikdə 30 kubok əldə edib. Ronaldo Portuqaliya millisi ilə "Avro 2016"nın və 2019-cu ildə Millətlər Liqasının qalibi olub.

 

Neymar karyerası ərzində PSJ-dən başqa "Barselona" və "Santos"da da çıxış edib. Onun 26 klub kuboku var. Neymar milli komanda ilə Olimpiya Oyunlarının və Konfederasiyalar Kubokunun qalibi olub.


Xəbər xətti