Rafael Varan milli karyerasını başa vurmasının səbəbini açıqladı

16:19 5 Fevral 2023

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan Fransa millisində karyerasını başa vurmasını şərh edib.

 

Sportaren.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atdığını deyib:

“Əlimdən gələn hər şeyi etdim: həm fiziki, həm də əqli cəhətdən. Hər zaman oynadım, heç vaxt dayanmadım. Fasiləsiz meydanda olurduq. Özümü boğduğumu hiss edirdim”.

 

Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb. 2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb. O, yığmada bütövlükdə 93 oyun keçirib, 5 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti