La Liqa klubunda yeni futbolçular

17:46 5 Fevral 2023

“Kadis” heyətini yeni futbolçularla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi “Luqo”nun hücumçusu Kris Ramosu transfer edib.

 

İspaniyadan olan 26 yaşlı forvardla 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Kadis” bu transfer üçün aşağı liqa təmsilçisinə 1.5 milyon avro ödəyib. Ramos karyerası ərzində “Luqo”dan başqa “Badaxos”, “Sevilya” (B), “Valyadolid”, “San Fernando” və “Merkadal” kimi klubların da formasını geyinib.

 

“Kadis” Meksikanın “Amerika” klubundan Xorxe Mereni, “Valyadolid”dən isə Serxi Qvardiolanı da icarəyə götürüb. Hər iki futbolçu 2023-cü ilin 30 iyununa kimi bu komandada forma geyinəcək.

 

İspaniyalı hücumçu Alvaro Ximenes isə “Kadis”dən ayrılıb. 31 yaşlı futbolçu azad agent statusu alıb. 2020-ci ildən “Kadis”də çıxış edən forvard bu komandada cəmi 29 oyuna 3 qol vurub

 

Alvaro Ximenesin əvəzində “Kadis” “Elçe”nin hücumçusu Rocer Martini icarəyə götürüb. İspaniyadan olan 32 yaşlı forvard bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. O, “Elçe”də 15 oyuna 2 qol vurub.

 

“Elçe” isə “Rayo Valyekano”nun yarımmüdafiəçisi Randi Ntekanı icarəyə götürüb. Fransadan olan 25 yaşlı futbolçu mövsümün sonuna kimi La Liqa klubunda forma geyinəcək. Nteka 2021-ci ildən formasını geyindiyi “Rayo Valyekano”da 51 oyuna 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti