"Mançester Yunayted" Ronaldonu təbrik etdi - FOTO

18:20 5 Fevral 2023

"Mançester Yunayted" sabiq futbolçusu Kriştiano Ronaldonu ad günü münasibətilə təbrik edib.

 

Sportarena.az xəbər verir ki, İngiltərə klubunun rəsmi İnstaqram səhifəsində bu gün 38 yaşı tamam olan hücuççunun şəkli paylaşılaraq "Ad günün mübarək, Kriştiano" yazılıb.

 

Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted" də çıxış edib. Bu müddət ərzində o, üç dəfə İngiltərə çempionu olub, İngiltərə Kubokunu, İngiltərə Superkubokunu qazanıb, iki dəfə İngiltərə Liqa Kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub.

 

Ronaldo 2021-ci ilin avqustunda kluba qayıdıb. 2022-ci ilin noyabrında Kriştianonun klub rəhbərliyi və baş məşqçi Erik ten Haqla bağlı qalmaqallı müsahibəsi yayımlanıb. O, 2022-ci ildə "Mançester Yunayted"dən ayrılıb və dekabr ayında Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.



Xəbər xətti