Azərbaycan Basketbol Liqasında 16-cı tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində baş tutan matçda “Olimpik Şəki” və NTD komandaları qarşılaşıblar.
Görüşə üstün başlayan çempionatın lideri NTD basketbolçuları yekunda 101:74 hesablı qələbə qazanıblar.
Ev sahiblərinin ən məhsuldar oyunçusu 22 xal, 6 assistlə Lari Robinson, qonaqlarda isə 27 xal, 15 ribaundla Londel Kinq olub.
Xatırladaq ki, daha öncə “Sabah” “AAAF Xırdalan”a 82:63, “Sərhədçi” isə “Neftçi”yə 86:77 hesabıyla qalib gəlmişdi. Bu turun ötən gün keçirilməli olan “Zirvə Astara” – “Gəncə” oyunu isə baş tutmayıb.