“Bayern”dən səfərdə inamlı qələbə - VİDEO

09:37 6 Fevral 2023

Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

 

“Ştutqart” evdə “Verder”ə 2 cavabsız qolla uduzub. Lider “Bayern” isə səfərdə “Volfsburq” üzərində inamlı qələbəyə sevinib.

 

Bu qələbədən sonra 40 xala malik “Bayern” vahid liderdir. “Union Berlin” 39 xalla ikinci, “Borussiya” (Dortmund) 37 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq”in 36, “Ayntraxt”ın 35, “Frayburq”un 34 xalı var.

 

Almaniya Bundesliqası

19-cu tur

5 fevral

Ştutqart – Verder 0:2

Qol: Staqe, 59. Dukş, 77.

 

Volfsburq – Bayern 2:4

Qol: Kaminski, 44. Svanberq, 81 – Koman, 9; 14. Müller, 19. Musiala, 73.


Xəbər xətti