“Barselona” qalib gəldi, “Real” və "Sosyedad" məğlub oldu - VİDEO

09:56 6 Fevral 2023

İspaniya La Liqasında 20-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.

 

“Jirona” “Valensiya”nı doğma meydanda, “Valyadolid” isə “Real Sosyedad”ı səfərdə məğlub edib. “Malyorka”nın qonağı olan “Real” da turu xalsız başa vurub. Lider “Barselona” isə bu dəfə “Sevilya”nı 3 cavabsız qolla yenib.

 

İspaniya La Liqası

20–ci tur

5 fevral

Malyorka – Real 1:0

Qol: N.Fernandes, 13-öz qapısına.

 

Jirona – Valensiya 1:0

Qol: B.Qarsiya, 63.

 

Real Sosyedad – Valyadolid 0:1

Qol: Larin, 73.

 

Barselona – Sevilya 3:0

Qol: Alba, 58. Qavi, 70. Rafinya, 79.


Digər xəbərlər

Xəbər xətti