MY onunla müqaviləni uzada bilər

10:17 6 Fevral 2023

“Mançester Yunayted” futbolçusu Alexandro Qarnaço ilə müqavilənin müddətini uzada bilər.

 

Sportarena.az AS nəşrinə istinadən xəbər verir ki, yeni sözləşmə 2028-ci ilə qədər qüvvədə olacaq. Öncədən futbolçu ilə “Real” və “Yuventus”un maraqlandığı bildirilirdi.

 

Qarnaçonun klubla hazırkı müqaviləsi 2024-cü ilə qədər qüvvədədir.

 

O, bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 20 oyuna çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti