“Milan” altı ildən sonra antirekordu təkrarlayıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” ardıcıl 4 oyunun hamısında məğlub olub.
Stefano Piolinin çalışdırdığı komanda iki dəfə “İnter”ə, hərəsi bir dəfə olmaqla “Sassuolo” və “Latsio”ya uduzub.
Bu, 2017-ci ilin yanvar-fevral aylarında da yaşanıb. Həmin vaxt son ölkə çempionunun baş məşqçisi Vinçentso Montella olub.
“Milan” A Seriyasının 21-ci turunda “İnter”ə 0:1 hesabı ilə uduzub. Komanda hazırda 38 xalla 6-cı pillədədir.