Bu gün azərbaycanlı şahmatçı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsinin birinci divizionunda mübarizəyə start verəcək.
Sportarena.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 1/4 finalda ABŞ təmsilçisi Uelsli So ilə qarşılaşacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq. Tərəflər 4 görüş keçirəcəklər. Qalib növbəti mərhələdə Qukeş Dommaraku (Hindistan) – Hikaru Nakamura (ABŞ) cütünün güclüsü ilə üz-üzə gələcək.
1/4 finalda həmçinin Maqnus Karlsen rusiyalı Aleksey Sarana ilə, İran əsilli Alireza Firuzca digər hindistanlı Arcun Eriqaisi ilə oynayacaq.
“Airthings Masters” fevralın 10-da sona çatacaq.