Milli gimnast “bürünc” qazandı

10:59 6 Fevral 2023

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən “Gracia Fair Cup” beynəlxalq turnirində medal qazanıb.

 

Sportarena.az xəbər verir ki, Alina Məmmədova çoxnövçülük üzrə 3-cü olub.

 

Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medala yiyələnib.

 

Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala vəsiqə qazanıb.


Xəbər xətti