“Bir xala layiq idik” – Ançelotti

11:47 6 Fevral 2023

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 20-ci turunun “Malyorka” ilə oyunundan sonra (0:1) açıqlama verib.

 

Sportarena.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, futbolçularının qol imkanlarından yararlana bilmədiyini deyib:

“Biz öncədən oyunun çox çətin olacağını gözləyirdik. Çoxlu qayda pozuntuları oldu. Qol imkanları olsa da, istifadə edə bilmədik. Çalışdıq, amma nəticəsi olmadı. Bir xala layiq idik.

Penaltidən yararlana bilmədik. Rəqibin cərimə meydançasında şanslarımız oldu. Yaxşı oynadıq. İndi klublararası dünya çempionatı haqda düşünməliyik”.

 

“Real” bu matçdan sonra İspaniya çempionatının turnir cədvəlində 45 xalla ikinci pillədə qərarlaşıb. Onlar lider “Barselona”dan 8 xal geri qalır.


Digər xəbərlər

Xəbər xətti