“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 21-ci turunun “Milan”la oyunundan sonra (1:0) açıqlama verib.
Sportarena.az DAZN-a istinadən xəbər verir ki, o, futbolçularının matça nəzarət etdiyini deyib:
“Şübhəsiz ki, əla oyun oldu. Futbolçularımı təbrik edirəm. Onlar qətiyyətli və diqqətli idilər. Biz oyuna nəzarət edirdik. 20 gün ərzində ikinci dəfə derbidə qələbə qazanmaqla azarkeşlərimizi sevindirdik”.
46 yaşlı mütəxəssis Marselo Brozoviç və Romelo Lukaku haqda da danışıb:
“Brozoviç və Lukaku artıq dörd aydan sonra geri qayıdır. Onların yoxluğuna baxmayaraq, biz UEFA Çempionlar Liqasının pley-off mərhələsinə və İtaliya kubokunun yarımfinalına vəsiqə qazandıq”.
Bu matçdan sonra “İnter” İtaliya çempionatının turnir cədvəlində 43 xalla 2-ci, “Milan” isə 38 xalla 6-cı pilləsində qərarlaşıb.