“Barselona”nın kapitanı 3 həftə oynamayacaq

12:32 - 6 Fevral 2023 - İspaniya

“Barselona”nın futbolçusu Serxio Buskets İspaniya La Liqasının 20-ci turunun “Sevilya” ilə görüşündə (3:0) zədələnib. Oyunçu zədə səbəbindən bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçinin sağalması üçün təxminən üç həftə vaxt lazım olacaq. Diaqnozun daha dəqiq müəyyənləşməsi üçün o, tibbi müayinədən keçəcək.

 

Buskets cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla, 27 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin