Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında keçiriləcək iki oyun bir dəqiqəlik sükutla başlayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" qarşılaşmasında Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənlər yad olunacaq.
Sözügedən qarşılaşmalar müvafiq olaraq 14:00-da və 18:00-da start götürəcək.
Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.