Türkiyədə bütün daxili idman tədbirləri təxirə salınıb

12:51 - 6 Fevral 2023 - Türkiyə

Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə gənclik və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlama verib.

 

O bildirib ki, tədbirlər ikinci xəbərdarlığadək keçirilməyəcək.

 

Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin