Türkiyəli futbolçu dağıntılar altında qalıb

13:13 6 Fevral 2023

Türkiyədəki zəlzələ nəticəsində bir neçə idmançı dağıntılar altında qalıb.

 

Sportarena.az “Sporx”-ə istinadən xəbər verir ki, “Malatya Böyükşəhər Bələdiyyəspor”un 6 voleybolçusunun qaldığı otel uçub. Dağıntılar altında qalanlardan üçü xilas edilib.

 

Eyni zamanda, futbol üzrə Türkiyə 1-ci liqasında çıxış edən “Yeni Malatyaspor”un qapıçısı Ahmet Eyüp Türkaslanın da dağıntılar altında qaldığı deyilib.

 

Türkiyədə 7,4 bal gücündə zəlzələ olub.


Digər xəbərlər

Xəbər xətti