Türkiyənin “Hatayspor” klubunun baş məşqçisi Volkan Demirel ölkəsində baş verən zəlzələdən sonra ehtiyacı olan insanlara yardım istəyib.
Sportarena.az xəbər verir ki, instaqram üzərində canlı yayım edən çalışdırıcı kömək istəyərkən göz yaşlarına da hakim ola bilməyib:
“Nə qədər imkan varsa, yardım edin. Sadəcə Hatay deyil, başqa bölgələrdə də durum eynidir. Allah rızası üçün köməyinizi əsirgəməyin.
Burada hər kəs pərişandır. İnsanlar canı ilə əlləşir. Çox pis vəziyyət yaranıb. İnsanlar var ki, onlarla əlaqə qura bilmirik. Biz öz imkanlarımızdan çox nəsə etmək üçün çalışırıq”.
Qeyd edək ki, episentri Kahramanmaraş olan zəlzələ bir çox bölkələrdə dağıntılara səbəb olub. İndiki ana qədər 284 nəfər həyatını itirib, 1710 bina dağılıb.