İspaniyanın "Real Madrid" klubu Türkiyə və Suriyada baş vermiş zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib.
Sportarena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub prezidentinin, İdarə Heyətinin təbii fəlakətlə bağlı narahatlıq və həmrəylik nümayiş etdirdiyi bildirilib.
Son ölkə çempionu dünyasını dəyişənlərin yaxınlarına səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.