“Əla oynadıq” – Xavi

14:34 6 Fevral 2023

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 20-ci turunun “Sevilya” ilə matçını (3:0) dəyərləndirib.

 

Sportarena.az “Marca” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis oyunu qollara və ötürmələrə görə qiymətləndirdiyini deyib:

“Biz xal fərqinə, oyun üslubumuza və nəticəyə baxırıq. Əla oynadıq. “Real”la xal fərqi 8-ə bərabərdir.

Kənardan Rafinyaya qarşı tənqidlərin olmasına baxmayaraq, o, ardıcıl iki oyundur qol vurur. Görüşü yalnız qollara və ötürmələrə görə qiymətləndirirəm”.

 

Qeyd edək ki, bu matçdan sonra Kataloniya təmsilçisi İspaniya çempionatının turnir cədvəlində 53 xalla 1-ci, “Sevilya” isə 21 xalla 15-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti