Super Liqa klubunun qanalı futbolçusu dağıntıların altında qaldı

16:08 6 Fevral 2023

Türkiyədə baş vermiş zəlzələ nəticəsində daha bir futbolçu dağıntıların altında qalıb.

 

Sportarena.az xəbər verir ki, bu, "Hatayspor"un qanalı yarımmüdafiəçisi Kristian Atsudur. Ondan başqa Super Liqa təmsilçisinin idman direktoru Taner Savut da dağıntının altında qalıb. Xilasedicilər hər iki şəxsin axtarışını davam etdirir.

 

Kristian Atsu dünən Türkiyə Super Liqasının 22-ci turu çərçivəsində "Kasımpaşa" qarşı oynayıb. 31 yaşlı vinger komandasına qələbə qazandıran qolun müəllifi olub.

 

Qeyd edək ki, "Yeni Malatyaspor"un qapıçmısı Ahmet Eyüp Türkaslan dağıntılar altında qalıb.


Digər xəbərlər

Xəbər xətti