“Bu gün “Zirə”nin futbolçusunu transfer edəcəyik” - Vüqar Əsgərli

16:21 6 Fevral 2023

“Günün sonuna qədər bir transferi reallaşdırmaq istəyirik. Yəqin ki, “Zirə”dən Ramin Əhmədovu heyətə qatacağıq”.

 

Sportarena.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra “CBC Sport” kanalına açıqlamasında deyib.

 

39 yaşlı mütəxəssis komandasının çıxışını da dəyərləndirib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Az sayda da olsa, gəlib bizi dəstəklədilər. Turnir cədvəli baxımından hər iki komanda üçün vacib oyun idi. Təəssüf ki, qarın yağması səbəbindən həftəboyu normal məşq keçə bilməmişdik. Yalnız dünən istədiyimiz hazırlığı keçdik. Matçdan əvvəl də bilirdik ki, qol vurmasaq, rəqib bir standart vəziyyətdən fərqlənəcək və hesabı qoruyub saxlayacaq”.

 

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Ramin Əhmədov bu mövsüm “Zirə”nin heyətində 7 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti