Avropa Voleybol Konfederasiyası (CEV) Türkiyə və Suriyada baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun rəsmi tviter hesabında bildirilib.
CEV təbii fəlakətin qurbanları, onların ailələri, həmçinin voleybol ictimaiyyətinə mənəvi dəstəklərini çatdırdıqlarını vurğulayıb.
Qeyd edək ki, zəlzələdən sonra bir neçə voleybolçu dağıntılar altında qalıb.