“Qəbələ”dən qış fasiləsində ilk transfer – RƏSMİ

18:28 6 Fevral 2023

“Qəbələ” klubu qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Mərakeş əsilli belçikalı futbolçu Əyyub Allaşla müqavilə imzalayıblar.

 

25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.

 

Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti