Rusiya Premyer Liqasının prezidenti UEFA-nın iclasına dəvət edilib

19:33 6 Fevral 2023

Rusiya Premyer Liqasının prezidenti Aleksandr Alayev UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin iclasına dəvət edilib.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, toplantı aprelin 25-də qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

 

RPL prezidenti 2022-ci il fevralın 24-dən bəri ilk dəfə UEFA-nın tədbirinə çağırılıb. Bu dəvətə əsasən, Rusiya komandalarının tədricən beynəlxalq arenaya qayıtmaları prosesinə başlanılacağı güman edilir.

 

Qeyd edək ki, FIFA və UEFA 2022-ci ilin martında Rusiya klublarının və milli komandalarının beynəlxalq turnirlərdən kənarlaşdırıb.


Digər xəbərlər

Xəbər xətti