Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Qətər milli komandasının baş məşqçisi təyin olunub.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Onunla 2026-cı ilə kimi müqavilə imzalanıb.
Keyruş dünya çempionatından sonra vəsifəsindən ayrılan Feliks Sançesi əvəzləyib. 69 yaşlı Keyruşun son iş yeri isə İran yığması olub. O da Qətərdə keçirilən mundialda İran millisinə rəhbərlik edirdi. Keyruş əvəllər Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ yığmalarında da rəhbərlik edib.