Zəlzələ: Voleybolçu cütlük həlak olub

11:12 - 7 Fevral 2023 - Və digər

Türkiyənin "Merinos" klubunun voleybolçusu Betül Çoban Çakır zəlzələ nəticəsində dünyasını dəyişib.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, oyunçu ilə birlikdə onun voleybolçu həyat yoldaşı Bedrettin Çakır da həlak olub.

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı gücündə zəlzələ olub. Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 2 921 nəfər həyatını itirib, 15 834 nəfər yaralanıb. Dağıntılar altından 7840 nəfər çıxarılıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin