“Bakıya qalib kimi yollanmaq istəyirik”.
Sportarena.az xəbər verir ki, bunu Belçikanın “Gent” klubunun futbolçusu Alessio Kastro-Montes “voetbalnieuws.be” saytına açıqlamasında deyib.
26 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunundan öncə Belçika çempionatında “Vesterlo” səfərindən qələbə ilə dönmək istədiklərini bildirib:
“Çempionatda növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Nəzərə alaq ki, “Vesterlo” ilə görüşdən sonra Bakıda “Qarabağ”la üz-üzə gələcəyik. Ora mütləq yüksək əhval-ruhiyyədə yollanmalıyıq”.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıdakı ilk görüş fevralın 16-da keçiriləcək