"Sabah"ın legioneri klubun tarixinə düşüb, kapitan yubiley oyununa çıxıb

11:59 7 Fevral 2023

Azərbaycan Premyer Liqasının XXI turu “Sabah”ın futbolçuları Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar olub.

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Səbail”lə görüşdə hesabı açan 30 yaşlı almaniyalı yarımmüdafiəçi mövsümdə 12-ci qolu vurub.

 

Bu, klub tarixində yeni rekorddur. İndiyədək “Sabah”ın heç bir futbolçusu Premyer Liqanın bir mövsümündə bu qədər qol vurmayıb. Əvvəlki rekordun müəllifi də Coy Lens idi. O, ötən çempionatda 11 qola sevinib.

 

“Sabah”ın kapitanı isə Premyer Liqada yubiley görüşünə çıxıb. “Səbail”lə qarşılaşma Camalovun ölkə çempionatlarında 200-cü matçı olub. 28 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2013/14 mövsümündə debüt edib.

 

Üç klubun - “Qəbələ”, “Zirə” və “Sabah”ın formasını geyinmiş Elvinin aktivində 2 qol var.


Digər xəbərlər

Xəbər xətti