Fransanın PSJ klubunun futbolçusu Neymar 2022-ci ildə Avropada çıxış edən ən yaxşı braziliyalı oyunçu seçilib.
Sportarena.az xəbər verir ki, 31 yaşlı hücumçu altıncı dəfə “Qızıl Samba” mükafatına layiq görülüb.
Onlayn şəkildə keçirilən sorğunun nəticəsində Neymar hamıdan çox səs toplayıb. O, 6-cı dəfə ölkəsinin Avropada çıxış edən ən yaxşı futbolçusu seçilməklə öz rekordunu yeniləyib. Eyni zamanda ardıcıl üçüncü ildir ki, mükafatı heç kimə vermir.
Qeyd edək ki, “Qızıl Samba” mükafatı 2008-ci ildə təsis edilib.