“Sabah” klubu yeni rekorda imza atıb.
Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu Azərbaycan Premyer Liqasında ardıcıl dörd “quru oyun” keçirib.
Onlar bunu “Səbail”i 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın 21-ci tur görüşündə bacarıb.
Murad Musayevin çalışdırdığı komanda mövsümün ilk yarısını “Sumqayıt” üzərində qələbə ilə bitirib (6:0).
2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Bakı klubu ardıcıl 4 “quru hesablı” qələbə qazanıb.
“Sabah” sonuncu dəfə 17-ci turun 2022-ci il dekabrın 14-də baş tutan “Kəpəz” ilə görüşündə qol buraxıb – 2:2.
Buna qədər komandanın ən uzun “quru seriya”sı 3 oyundan ibarət olub. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.