Fransa – Azərbaycan oyununun vaxtı açıqlandı

12:49 7 Fevral 2023

19 yaşadək futzalçılar arasında təşkil olunacaq AÇ-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

 

Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.

 

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək.

 

22 mart

20:00. Fransa – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

 

23 mart

23:00. Bosniya və Herseqovina – Azərbaycan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

 

25 mart

20:00. Azərbaycan – Yunanıstan

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı


Digər xəbərlər

Xəbər xətti