Sadio Mane 2022-ci ildə Afrikanın ən yaxşı futbolçusu seçilib

13:16 - 7 Fevral 2023 - Xarici

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Afrika zonası üzrə 2022-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, IFFHS-ın versiyasına əsasən, bu ada Seneqal millisinin və Almaniyanın "Bavariya" klubunun vingeri Sadio Mane layiq görülüb.

 

Qeyd edək ki, 31 yaşlı oyunçu ötən il zədə səbəbindən Qətərdə keçirilmiş dünya çempionatını buraxıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin