Azərbaycanlı veteran futbolçu Vyaçeslav Lıçkin MDB yığmasının heyətində “Ulduzlar yığması”na qarşı keçiriləcək “Əfsanələr Kuboku-2023” turnirinə dəvət alıb.
Sportarena.az xəbər verir ki, millinin sabiq yarımmüdafiəçisi ənənəvi olaraq hər il təşkil olunan yarışda Aleksandr Qleb, Erik Yaximoviç, Farhadbek İrismetov, Sarvar Ceparov, Aleksandr Qatskan kimi oyunçularla eyni komandada çıxış edəcək.
Onların rəqibi “Ulduzlar yığması”nda isə Junior Bayano, Edmilson, Georqios Karaqunis, Ruben De La Red, Erik Abidal, Esteban Kambyasso, Cey-Cey Okoça, Floran Maluda kimi öz dövrünün tanınmış simaları yer alıblar.
Qeyd edək ki, qarşılaşma fevralın 12-də Moskvadakı “Meqasport” idman zalında oynanılacaq.