Zəlzələ: Qanalı futbolçu dağıntıların altından çıxarılıb

13:45 7 Fevral 2023

“Hatayspor” klubunun rəsmisi Mustafa Özat Türkiyədə baş verən zəlzələlərdən sonra yarımmüdafiəçi Kristian Atsunun dağıntılar altından qurtulduğunu bildirib.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 31 yaşlı futbolçunun yaralı olduğunu deyib:

“Atsu dağıntıların altından yaralı tapıldı. İdman direktorumuz Taner Savut hələ də tapılmayıb. Hatay zəlzələlərdən çox əziyyət çəkdi. Ən təhlükəli saatların sonuna yaxınlaşırıq”.

 

Qanalı futbolçunun xəstəxanaya yerləşdirildiyi bildirilib.

 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənubundakı Kahramanmaraş ərazisində 7,7 bal gücündə silsiləli zəlzələlər qeydə alınıb.


Digər xəbərlər

Xəbər xətti