“Aşağı liqaya düşməməliyik” – Alleqri

14:36 7 Fevral 2023

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun hazırkı durumu barədə danışıb.

 

Sportarena.az ESPN-ə istinadən xəbər verir ki, o, aşağı liqaya düşməmək üçün mübarizə apardıqlarını bildirib:

“15 xal hesabımızdan silindi. Aşağı liqaya düşməməliyik. Qəribədir ki, addım-addım irəliləmək üçün ilk növbədə bunu diqqətdə saxlamalıyıq. Mövsüm hələ davam edir. Biz İtaliya kubokunun yarımfinalındayıq və Avropa Liqasında da uğur qazanmaq istəyirik”.

 

Qeyd edək ki, fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə “Yuventus”un A Seriyasında topladığı xalların 15-i silinib. Nəticədə, klub turnir cədvəlində 3-cü pillədən 13-cu sıraya enib.


Xəbər xətti