Niderland liqasında bu həftə keçiriləcək oyunlarda zəlzələ qurbanları yad ediləcək.
Sportarena.az xəbər verir ki, bu haqda Niderland Futbol Federasiyası məlumat yayıb.
Məlumata görə, liqada bu həftə keçiriləcək bütün oyunlar Türkiyə və Suriyadakı zəlzələ qurbanlarını yad etmək məqsədi ilə bir dəqiqəlik sükutla başlayacaq.
Qeyd edək ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.