Futbol üzrə Azərbaycan 1-ci divizionunda 16-cı tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Kəpəz”in ikinci komandası “Zirə”nin əvəzedicilərini minimal hesabla məğlub edib. “Turan Tovuz” isə Şamaxı səfərində 3 xala sevinib. “İmişli” doğma meydanda “Qəbələ-2” qarşısında aciz qalıb.
Turun qalan oyunları sabah keçiriləcək.
Birinci divizion, 16-cı tur
7 fevral
Kəpəz-2 – Zirə-2 1:0
Qol: Elnur Cəfərov, 90.
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Şamil İmanzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
Şamaxı-2 – Turan Tovuz-2 2:3
Qol: Qurban Səfərov, 27. Tapdıq Əhmədov, 52 – Nazim Həsənzadə, 70. Akif Tağıyev, 71. Rəşad Əliyev, 82.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Aydın Bəxşiyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu, 14:00.
İmişli – Qəbələ-2 0:2
Qol: Rauf Məhərrəmov, 50. Xəyyam Məmmədli, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Asif Abdullayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elman Musayev
Saatlı OİK stadionu, 14:00.