Türkiyə Futbol Federasiyası Superliqa oyunları ilə bağlı açıqlama yayıb

16:41 7 Fevral 2023

Türkiyədə fevralın 7-dən 12-dək keçirilməsi nəzərdə tutulan bütün futbol oyunları təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

 

Bildirilib ki, 10, 11, 12 və 13 fevrala nəzərdə tutulan qarşılaşmalar 17, 18, 19 və 20 fevralda gerçəkləşəcək.

 

Superliqanın ötən gündən təxirə salınan üç görüşü 21, 22 və 23 fevralda baş tutacaq. Bu səbəbdən 24-cü və 25-ci turun təqvimi yenidən tərtib olunacaq.


Digər xəbərlər

Xəbər xətti