"Bunu edənlər cəzasız qalmamalıdır" - Çağlar Söyüncüdən etiraz dolu paylaşım

17:09 - 7 Fevral 2023 - Və digər

Türkiyə millisinin və İngiltərənin “Lester Siti” klubunun üzvü Çağlar Söyüncü ölkəsində baş verən zəlzələdən istifadə edib qiymətləri qaldıranları tənqid edib.

 

Sportarena.az xəbər verir ki, o, bu barədə tviter hesabında paylaşım edib:

“Bütün ölkə yas içindədir. İnsanların qurtarılması üçün işlər görülürü. Amma insanlıqdan payını almamış şəxsiyyətsizlər oğurluq edir, qiymətləri 5 qat qaldırır. Ədyalların qiymətlərini pik həddə çıxarıblar. Bunları izləmək lazımdır, cəzasız qalmamalıdırlar”.  

 

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdən sonra ölkədə 7 günlük matəm elan olunub.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin