Ronaldinyo oğlunun "Barselona" ilə müqavilə imzalayacağını açıqlayıb

17:43 7 Fevral 2023

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyranın İspaniya "Barselona"sı ilə müqavilə imzalayacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə əfsanəvi yarımmüdafiəçi RAC-1 telekanalına açıqlama verib.

 

O bildirib ki, bu ilin yanvarından Kataloniya təmsilçisinin düşərgəsində olan Mendeş bu komandada oynamağa davam edəcək:

"Onun transferindən sonra "Barselona"da həmişəkindən daha çox vaxt keçirəcəyəm".

 

Qeyd edək ki, Ronaldinyo 2003 - 2008-ci illərdə "Barselona"da çıxış edib


Digər xəbərlər

Xəbər xətti