Rusiyalı qapıçının "Qarabağ"a keçə bilməməsinin səbəbi məlum olub

19:11 - 7 Fevral 2023 - Xarici

Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun "Qarabağ"a keçidinin alınmamasının səbəbi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı qolkiperin agenti Anton Smirnov "sport24.ru" saytına açıqlamasında bunun zədə ilə bağlı olduğunu söyləyib.

 

O bildirib ki, Leverkuzen təmsilçisinin Lunyovu Azərbaycana buraxmaqdan imtina etməsi barədə yazılanlar həqiqətə uyğun deyil:

"Qarabağ"la danışıqlarımız olmayıb. Bilirik ki, Azərbaycan klubu "Bayer"ə müraciət edib. "Qarabağ" rəhbərliyinə yaxın vasitəçilər Lunyovun xidmətində maraqlı olduqlarını kluba bildiriblər. Bizim isə "Qarabağ"ın rəhbərliyi və baş məşqçisi ilə heç bir əlaqəmiz olmayıb. Qapıçı zədəsini sağaltsa, klub onu istədiyi yerə buraxacaq. Ayağındakı problemlər aradan qalxmasa, rəhbərlik müqavilənin sonuna kimi Andreyi komandada saxlayacaq".

 

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin