Maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunan "Mançester Siti" İngiltərə Premyer Liqasından kənarlaşdırılacağı təqdirdə daha aşağı diviziona düşə bilər.
Sportarena.az "The Telegraph"a istinadən xəbər verir ki, İngiltərə Futbol Liqasından (EFL) elitanı tərk edən klubları öz bayrağı altında keçirilən yarışlara qəbul etmək tələb olunmur.
Mançester təmsilçisinin maliyyə fırıldaqçılığına yol verməsi təsdiqini taparsa, klub Premyer Liqadan sonra səviyyəcə ilk 4 diviziondan (Çempionşip, I, II və III liqalar) kənarda qala bilər.
Qaydalara görə, Premyer Liqadan kənarlaşdırılan komanda aşağı dəstədə oynamaq üçün EFL-ə müraciət etməlidir. Qurum isə həmin klubu sözügedən liqalara buraxmamaq hüququna malikdir.
Qeyd edək ki, "Mançester Siti"nin 2009/2010 mövsümündən 2017/2018 mövsümünədək çoxsaylı maliyyə feyr-pley pozuntularında günahlandırılır.