İtaliyanın Roma komandasının baş məşqçisi Joze Mourinyo Türkiyədə baş verən zəlzələ ilə əlaqədar həmrəylik mesajı yayımlayıb.
Sportarena.az xəbər verir ki, Mourinyo bu haqda instaqram hesabında paylaşım edib.
“Qalatasaray”ın və A Milli Futbol Komandasının sabiq çalışdırıcısı Fatih Terimlə çəkdirdiyi fotosunu sosial media hesabında paylaşan 59 yaşlı portuqaliyalı məşqçi fotoya, “Türkiyəli və suriyalı dostlarımı qucaqlayıram”,- sözlərini yazıb.