“İnter” “Empoli”dən yarımmüdafiəçi Kristian Asllanini transfer etmək istəyir.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun transfer dəyəri 10 milyon avrodur. Müqaviləyə əlavə şərtlər də daxildir.
Albaniyalı futbolçu 2022-ci ilin yayından icarə əsasında Milan klubunda çıxış edir. O, bu mövsüm “İnter”in heyətində bütün turnirlər daxil olmaqla 20 oyun keçirib.